EN

Yoldakı çuxur möcüzə yaratdı, beyin ölümü gerçəkləşən şəxs dirildi - FOTO

Təcili yardımın çuxura düşməsi ölən şəxsin dirilməsinə səbəb olub.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Hindistanın Uttar Pradeş əyalətinin Pilibhit şəhərində baş verib.

Belə ki, məhkəmə tibb işçisi olan 50 yaşlı Vineeta Şukla 22 fevralda ev işləri ilə məşğul olarkən qəfildən huşunu itirib. Əvvəlcə yerli xəstəxanaya aparılan qadın, vəziyyəti ağır olduğuna görə daha təchiz olunmuş tibb mərkəzinə köçürülüb. 
Müayinələrdən sonra həkimlər onun beyin ölümünün gerçəkləşdiyini söyləyiblər.
Həkimlərlə məsləhətləşmədən sonra qadının ərinə Vineetanın sağalma şansının olmadığı bildirilib.
Dəfn üçün qadın təcili yardımla evə göndərilib. 24 fevralda təcili yardım maşını böyük bir çuxura düşüb və nəqliyyat vasitəsi şiddətli sarsılıb.

Vineeta Şuklanın əri arvadının sarsıntıdan sonra normal nəfəs almağa başladığını görüb. Onun sürətlə yaxşılaşması səbəbindən təcili yardım maşını xəstəxanaya yönləndirilib.

O, tezliklə ailəsi ilə danışmağa və ünsiyyət qurmağa başlayıb və sağ-salamat evə qayıdıb.

Sosial şəbəkələrdə müzakirələrə səbəb olan hadisə "möcüzə" kimi şərh edilib. Mütəxəssislər isə bunun olduqca nadir bir hal olduğunu qeyd ediblər.

Billurə

Chosen
43
2
olke.az

3Sources