EN

Millimiz Malta ilə də bacarmadı

17 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsinin 2-ci raundunda bu gün son oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, Aqil Nəbiyevin çalışdırdığı komanda B liqasının 2-ci qrupunda Malta millisi ilə qarşılaşıb.

Bolqarıstanın Plovdiv şəhərindəki “Nikola Şterev - Starika İdman Kompleksi”ndə keçirilən matç 2:2 hesabı ilə yekunlaşıb. Yığmamızın heyətində ilk qolu 57-ci dəqiqədə Əli Bəşirov vurub, 72-ci dəqiqədə isə rəqibin oyunçusu avtoqola imza atıb.

Bununla millimiz qrupu 3 xalla üçüncü pillədə tamamlayıb.

Xatırladaq ki, yığmamız daha əvvəl Bolqarıstan (1:1) və Litva millisi ilə (0:0)heç-heçə edib. Yığma hazırda 2 xalla 4 komanda arasında 3-cü yerdədi. Xalı olmayan Malta isə sonuncudu.

Chosen
18
3
football-plus.az

10Sources