EN

"Mingəçevir səfəri hər zaman ağır olsa da..." - "Şəfa"nın baş məşqçisi

1-ci Liqanın 20-ci turu maraqlı və gərgin oyunlara səhnə olacaq. Lider "Şəfa" iddialı "Mingəçevir"lə səfər matçına çıxacaqsa, 3-cü sıradakı "Səbail" 2-ci pillədəki "Baku Sportinq"i qəbul edəcək. "Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli ilə əlaqə saxlayıb "işıqçılar"la dueldən nə gözlədiyini soruşduq.

34 yaşlı mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:

"Önümüzdəki 3 turda çətin oyunlarımız var. Bizi ağır qrafik gözləyir. İddialı komandalara qarşı oyunlardan üzüağ cıxacağımız təqdirdə, çempionluğun biraddımlığında olacağımızın fərqindəyik. Buna görə də oyunlara maksimum yaxşı hazırlaşmağa çalışırıq. Mingəçevir səfəri hər zaman ağır olsa da, komandamıza çox inanıram. Son 4 oyunda qalib gəlməyimiz futbolçularımızda əlavə ruh yuksəkliyi yaradıb. Çalisacağıq ki, qələbə qazanaraq azarkeşlərimizi sevindirə bilək".

Turnir cədvəlinin zirvəsində qərarlaşan "Şəfa"nın 45, 4-cü yerdəki "Mingəçevir"in isə 33 xalı var.

Toğrul
 

Chosen
11
1
fanat.az

2Sources