EN

Gəncədə maşın betona çırpılıb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB

Gəncədə baş verən yol qəzasında 4 nəfər xəsarət alıb.

APA-nın yerli bürosunun məlumatına görə, xəsarət alanların 2004-cü il təvəllüdü T.Huseynov, 2005-ci il təvəllüdlü R.Süleymanov, 2005-ci il təvəllüdlü N.Salmanov və 2001-ci il təvəllüdlü H.Hümbətov olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

12.39

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, şəhər ərazisində hərəkətdə olan 1994-cü il təvəllüdlü M.Huseynovun idarə etdiyi "Toyota Aqua" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı beton arakəsməyə çırpılıb. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
11
3
apa.az

5Sources