Gəncədə baş verən yol qəzasında 4 nəfər xəsarət alıb.
Redaktor.az xəbər verir ki, xəsarət alanların 2004-cü il təvəllüdü T.Huseynov, 2005-ci il təvəllüdlü R.Süleymanov, 2005-ci il təvəllüdlü N.Salmanov və 2001-ci il təvəllüdlü H.Hümbətov olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az APA-ya istinadla xəbər verir ki, şəhər ərazisində hərəkətdə olan "Toyota Aqua" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı beton arakəsməyə çırpılıb. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.