EN

Nərimanovda avtomobillərdən oğurluq edən şəxs saxlanılıb

Yazını böyüt
Yazını kiçilt

Nərimanov rayonunda “Changan” markalı avtomobilin şüşəsinin sındırılaraq nəqliyyat vasitəsindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Hafta.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 27 yaşlı Qabil Kərimov müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı onun paytaxt ərazisində daha 2 avtomobildən ümumilikdə 580 manat, qol saatı və boyunbağı oğurladığı da müəyyən olunub.

Qeyd edək ki, Q.Kərimovun etdiyi əməllər təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb

Faktlarla bağlı araşdırma aparılır.

Chosen
13
18
hafta.az

10Sources