BAKI, 30 mart. TELEQRAF
Zaqatalada yol qəzası olub.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə Aşağı Tala kəndi yaxınlığında baş verib.
İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində bir nəfər hadisə yerində ölüb. Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarət alanlar da var.
Faktla bağlı araşdırma aparılır