EN

Şəmkirdə anasını balta ilə qətlə yetirən Anar bu yaxınlarda imtahandan kəsilibmiş - TƏFƏRRÜAT

Şəmkirdə anasını balta ilə qətlə yetirən Anar Allahverdiyevlə bağlı bəzi detallar məlum olub.

Far.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, A.Allahverdiyev Azərbaycan Texnologiya Universitetinin məzunu olub.

O, bir neçə dəfə iş üçün imtahan versə də, qəbul ola bilməyib.

Sonuncu dəfə də verdiyi imtahandan keçə bilməyən Anarın psixoloji böhran keçirdiyi, hadisəni də bu zəmində törətdiyi bildirilir.

***

Şəmkir rayonunun Qaracəmirli kəndində oğlu tərəfindən qətlə yetirilən 66 yaşlı Çiçək Sərdarova orta məktəb müəllimi olub.

Far.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, mərhum Qaracəmirli kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyib, ötən il yaşla bağlı əmək pensiyasına çıxıb.

Məlumat üçün bildirək ki, hadisə zamanı qadının ruhi xəstə olan oğlu Anar Allahverdiyev balta ilə anasını qətlə yetirib. Daha sonra isə üzərinə sürtkü yağı tökməklə özünü yandıraraq intihar edib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma başlanılıb.

***

Şəmkirdə qətl hadisəsi baş verib.

Far.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qaracəmirli kəndində qeydə alınıb.

Kənd sakini 33 yaşlı Anar Allahverdiyev küt alətlə 66 yaşlı anası Çiçək Sərdarovanı qətlə yetirib. O, daha sonra üzərinə sürtkü yağı tökərək özünü yandırıb. Onun öldüyü bildirilir.

Hadisə yerinə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
50
far.az

1Sources