EN

Fevraldan bəri belə hadisə olmamışdı – İLK

“Bu gün səhər Günəş üzərində ən yüksək güc kateqoriyasına aid bir partlayış müşahidə olunub. Bu, fevral ayının əvvəlindən bəri belə səviyyədə qeydə alınan ilk hadisədir”.

"Yeni Sabah" xəbər verir ki, bu barədə “TASS” agentliyi məlumat yayıb.

“Martın 30-u, Bakı vaxtı ilə saat 07:19-da 4405 nömrəli ləkələr qrupunda 49 dəqiqə davam edən X1.5 sinifli rentgen partlayışı qeydə alınıb.

Ən son belə güclü partlayış fevralın 4-də 4366 aktiv regionunda baş vermişdi (X4.2). Həmin bölgə sonradan Günəşdə M və X sinifli partlayışların sayına görə XXI əsrin rekordunu yeniləmişdi”, – deyə bildirilib./Globalinfo


Telegram kanalımız
Chosen
18
1
yenisabah.az

2Sources