EN

Millimiz penaltilər seriyasında qələbə qazandı

SUMQAYIT, 30 mart. TELEQRAF

Azərbaycan millisi "FIFA Series – 2026" beynəlxalq turniri çərçivəsində ikinci oyununu keçirib.

Teleqraf xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Syerra Leone yığmasını qəbul edib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş 1:1 hesablı heç-heçə ilə bitdiyi üçün penaltilər seriyasına ehtiyac duyulub.

Hesabı 28-ci dəqiqədə rəqibin futbolçusu Daniel Kanu açıb. Millimizin müdafiəçisi Rahil Məmmədov 72-ci dəqiqədə hesabı bərabərləşdirib.

Oyunun penaltilər hissəsində daha dəqiq olan Azərbaycan yığması qələbə qazanıb -

Qeyd edək ki, Azərbaycan millisi ilk oyununda Sent Lüsiya seçməsini 6:1 hesabı ilə məğlub edib.

Chosen
35
teleqraf.com

1Sources