EN

Daşkəsəndə bir ay əvvəl uçan binanın damı niyə təmir edilməyib?VİDEO

Bir müddət əvvəl güclü küləyin uçurduğu damın hələ də təmir olunmaması binada yaşayan sakinlərin narazılığına səbəb olub.

Xezerxeber.az xəbər verir ki, onların sözlərinə görə, bu müddət ərzində yağan yağışın suları mənzillərə dolaraq ciddi narahatlıq yaradır. Kadrlar Daşkəsən rayonunun Daşkəsən qəsəbəsindəndir.

Sakinlər bildirirlər ki, yaşı 70-dən artıq olan bina 1 ay əvvəlki təbiət hadisəsi zamanı daha da qəzalı vəziyyətə düşüb. Fəsadların aradan qaldırılmaması isə mövcud vəziyyəti daha da gərginləşdirir.

Məsələ ilə bağlı Daşkəsən İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, müraciətlər əsasında tədbirlər görülüb, hesablama aparılıb. Lakin qeyri-sabit hava səbəbindən nəzərdə tutulan işlər hazırda mümkün olmur. Hava əlverişli olan kimi dam örtüyü təmir ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
22
xezerxeber.az

1Sources