EN

Gəncədə zəncirvari yol qəzası- Dörd avtomobil toqquşdu

Gəncədə Heydər Əliyev prospektində zəncirvari yol qəzası baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, "Chevrolet ", "Mercedes", "Toyota Corolla" və "BMW" markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Yaralıların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Chosen
20
1
teleqraf.com

3Sources