Gəncədə zəncirvari yol qəzası baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, hərəkətdə olan "Chevrolet ", "Mercedes", "Toyota" və BMW" markalı minik avtomobilləri toqquşub.
Qəza zamanı üç nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.