EN

Cahangir Fərəcullayev: “Bu, yeni yolun başlanğıcıdır” - Video

style='margin-bottom:10px;'>

Azərbaycan millisi “FİFA Series - 2026” beynəlxalq turnirinin finalında qələbə qazanıb. Əsas vaxtı 1:1 ilə başa çatan oyunda yığmamız penaltilər seriyasında 9:8 hesabı ilə üstün olub.

QOL.az xəbər verir ki, AFFA-nın baş katibi Cahangir Fərəcullayev tarixi zəfərdən sonra "CBC Sport" kanalına matç barədə təəssüratlarını bölüşüb və qazanılan uğurun əhəmiyyətini vurğulayıb:

"İlk növbədə hamını təbrik edirəm. Hesab edirəm ki, bu qələbəni kiçiltmək lazım deyil. Futbolçularımız hər iki oyunda əzmkar mübarizə apardılar və layiqli qələbə qazandılar. Bu gün hesabda geri düşməyimizə baxmayaraq sona qədər xarakter nümayiş etdirdilər və qalib gəldilər. Bu, bizim üçün çox vacib nəticədir".

Baş katib rəqiblər və bu kubokun gələcək perspektivlərinə də aydınlıq gətirib:

"Bəlkə də rəqiblərin o qədər də tanınmadığını deyə bilərlər, lakin bu, yeni yolun başlanğıcıdır. Bu, bizim FİFA çərçivəsində qazandığımız ilk kubokdur. Davamlı olsun"

Chosen
13
2
teleqraf.com

3Sources