EN

İranlı deputat: Zərurət yaranarsa, nüvə silahından istifadə edəcəyik

İranın təhlükəsizliyi təhdid edilərsə, nüvə variantı masada olacaq.

İnterpress.az xəbər verir ki, bu barədə iran mətbuatı məlumat yayıb.

İran parlamentinin üzvü Əlauddin Burucerdi ölkənin nüvə siyasəti ilə bağlı maraqlı bəyanat verib. O, rəsmi Tehranın nüvə bombası yaratmaq niyyətində olmadığını vurğulayıb. Lakin millət vəkili xəbərdarlıq edib ki, ölkəsinə qarşı hücum olarsa və nüvə silahı təhdidi yaranarsa, İran öz mövqeyini dəyişəcək.

“Biz nüvə bombası yaratmağa çalışmırıq. Lakin əgər bizi bombalasalar və bizə qarşı nüvə silahı istifadə etməklə hədələsələr, biz artıq oyunun qaydalarına riayət etməyəcəyik”, – deputat bildirib.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
50
interpress.az

1Sources