EN

Meyvələrin parıldama səbəbi üzərinə çəkilən bu zərərli maddə imiş: Yaxşıca yuyun

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

İdxal olunan meyvələrin üzərində gördüyümüz parıltı estetik məqsədlə deyil, əsasən qoruyucu funksiya daşıyır. Biotexnologiya sahəsində çalışan ekspert Mariya Zolotaryovanın sözlərinə görə, bu effekt meyvələrin səthinə çəkilən xüsusi mum təbəqəsi ilə bağlıdır."Bu örtük məhsulun uzun məsafələrə daşınması zamanı xarab olmasının qarşısını alır, nəmin itirilməsini ləngidir və meyvənin daha uzun müddət təravətli qalmasına kömək edir. İstehsalda əsasən karnauba, kandelilla və arı mumundan istifadə olunur. Bu maddələr qida sənayesində təhlükəsiz hesab olunur.Bununla belə, mum qatının məsaməli quruluşu var. Bu isə o deməkdir ki, səthdə toz, pestisid qalıqları və mikroorqanizmlər toplanıb qala bilər. Adi su ilə yuma belə çirklərin yalnız kiçik hissəsini aradan qaldırır".Ekspertin fikrincə, effektiv təmizləmə üçün həm mexaniki təsir, həm də uyğun məhlul vacibdir:"Orta sərtlikdə fırça mum qatının böyük hissəsini təmizləyə bilir. Xüsusi meyvə-tərəvəz yuyucu vasitələrdən istifadə isə daha yüksək nəticə verir. Ev şəraitində alternativ kimi suya az miqdarda soda qatmaq və ya yüngül sirkəli məhlul hazırlamaq kifayət edir. Turş mühit mum qatını zəiflədir, soda isə yağlı təbəqəni parçalayır.Sitrus meyvələri daha diqqətli yanaşma tələb edir. Limon və portağalın qabığında məsamələr çox olduğundan mum daha dərinə hopur. Əgər qabıqdan istifadə olunacaqsa, onları əvvəlcə isti suda soda ilə bir neçə dəqiqə saxlamaq, sonra fırça ilə yaxşıca təmizləmək məsləhətdir.Alma və pomidor kimi hamar səthli meyvələrdə isə yuyucu məhlulla isladılmış salfetlə silmək kifayət edir. İstənilən halda, istifadə olunan vasitədən sonra meyvələr axar su altında yaxşıca yuyulmalıdır".Qeyd olunur ki, mum qatının tam təmizlənməsi meyvənin saxlanma müddətini azaldır. Buna görə də bu prosesi məhsulu yeməzdən dərhal əvvəl etmək daha məqsədəuyğun sayılır.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
47
demokrat.az

1Sources