EN

Kosovoda Türkiyə millisinin qaldığı otelə fişəng hücumu - Video

style='margin-bottom:10px;'>

Bir qrup kosovolu azarkeş Priştina şəhərində Türkiyə milli futbol komandasına psixoloji təzyiq göstərməyə cəhd ediblər.

QOL.az Türkiyə mənbələrinə istinadən xəbər verir ki, hadisə bu gecə saat 1 radələrində baş verib. Onlar komandanın qaldığı otelin qarşısında quraşdırılan fişəng aparatı vasitəsi ilə futbolçuları yatmağa qoymayıblar.

Xatırladaq ki, bu gün DÇ-2026-nın pley-off mərhələsində Kosovo və Türkiyə komandaları arasında oyun keçiriləcək. Bakı vaxtı ilə saat 22:45-də başlanacaq matçın qalibi mundiala vəsiqə qazanacaq.

Chosen
38
2
teleqraf.com

3Sources