EN

Azərbaycan xalqına qarşı həyata keçirilən soyqırımı cinayətləri bəşər tarixinin ən qanlı və insanlığa ləkə olan səhifələridir

Bakı. Trend:

Soyqırımı insanların milli, etnik, irqi, dini və digərmənsubiyyətinə görə məhv edilməsidir. Təəssüflə qeyd edilməlidirki, tarixdə müxtəlif xalqların, etnosların taleyində dərin və acıiz qoyan bu cür hadisələr az olmayıb. Bu sırada ermənilərin XIXəsrdən başlayaraq Azərbaycan xalqına qarşı həyata keçirdiklərisoyqırımı cinayətləri bəşər tarixinin ən qanlı və insanlığa ləkəolan səhifələridir.

Erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilənən dəhşətli cinayətlərdən biri 108 il əvvəl, 1918-ci ilin mart vəaprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərəndaşnak-bolşevik silahlı dəstələrinin xüsusi qəddarlıqlatörətdikləri kütləvi qətliamlardır. Həmin dövrdə Bakı şəhərində,eləcə də Bakı quberniyasına daxil olan Şamaxıda, Qubada, Muğanda,Lənkəranda, Göyçayda on minlərlə azərbaycanlının millimənsubiyyətinə görə məhv edilməsi, yaşayış məntəqələrinindağıdılması, mədəniyyət abidələrinin, məscidlərin, qəbiristanlarınyerlə yeksan edilməsi “böyük Ermənistan” xülyası naminə ermənişovinistlərinin xalqımıza qarşı mərhələ-mərhələ həyata keçirdiklərietnik təmizləmə siyasətinin ən qanlı mərhələlərindən biridir.Tarixi faktlar təsdiq edir ki, 1918-ci ildə Bakı quberniyasındaerməni mütəşəkkil silahlı dəstələri tərəfindən 50 mindən çoxazərbaycanlı qətlə yetirilib, yüzlərlə kənd yandırılıb və talanedilib.

Azğınlaşmış erməni millətçilərinin 1918-ci ilin mart və aprelaylarında törətdikləri soyqırımı cinayətlərinin coğrafiyasıAzərbaycanın digər bölgələrini də əhatə edir. Qarabağ, Zəngəzur,Naxçıvan və İrəvanda kütləvi qətllər, talanlar və etniktəmizləmələr həyata keçirən ermənilər tərəfindən dinc əhaliyəcinsinə və yaşına fərq qoyulmadan qəddarcasına divan tutulub. Təkcəqədim Azərbaycan yurdu olan İrəvan quberniyasında 135 min nəfərdənartıq azərbaycanlı soyqırımına məruz qalıb.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1918-ci ilin mart-aprelaylarında xalqımıza qarşı törədilən soyqırımı cinayətlərininaraşdırılması istiqamətində müəyyən addımlar atılmışdı. LakinCümhuriyyətin süqutu və Azərbaycanın işğalı bu işlərin sonaçatdırılmasına imkan vermədi. Bu baxımdan mövcud tarixi reallıqlarşəraitində xalqımıza qarşı XX əsr boyu həyata keçirilmiş soyqırımıvə digər cinayətlər uzun onilliklər obyektiv hüquqi və siyasiqiymətini almadı. Yalnız Azərbaycanın dövlət müstəqilliyininbərpasından sonra ermənilər tərəfindən xalqımıza qarşı XX əsr boyuhəyata keçirilmiş soyqırımı cinayətlərini araşdırmaq, bu hadisələrəhüquqi-siyasi qiymət vermək və onları dünyaya yaymaq mümkün oldu.Bu baxımdan Ulu Öndər Heydər Əliyevin 1998-ci il martın 26-daimzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman xalqımızaqarşı törədilmiş soyqırımı cinayətlərinə verilən fundamentalhüquqi-siyasi qiymətdir. Fərmanda qeyd olunduğu kimi AzərbaycanınXIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti iləmüşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülən,planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrımərhələlərini təşkil edib.

“Azərbaycanlıların soyqırımı haqqında” Fərmana əsasən 31 martAzərbaycanlıların Soyqırımı Günü elan olunub. Hər il martın 31-niAzərbaycanlıların Soyqırımı Günü kimi qeyd etməklə biz bir dahatarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyatakeçirilən miqyaslı aksiyaları ürək ağrısı ilə yad edirik. Həmin günkeçirilən tədbirlərin məqsədi həm də tariximizin uzun illərobyektiv qiymətini almamış, təhrif olunmuş hadisələrinə yenidənnəzər salmaq, nəticələr çıxarmaq, gələcək üçün vəzifələr müəyyənetməkdir.

“Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın imzalanmasındansonra xalqımıza qarşı törədilmiş soyqırımı cinayətlərininöyrənilməsi istiqamətində mühüm işlər görülüb, aparılmışaraşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb.Bir neçə il əvvəl isə Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb.Burada üzə çıxarılmış tarixi faktlar 1918-ci ilin mart-aprelaylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyatakeçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciəqurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.

Ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı vədeportasiya cinayətləri isə yalnız 1918-ci illə yekunlaşmır. Hələ1918-ci ildən əvvəl, 1905-1907-ci illər hadisələri zamanı Bakıda,Qarabağda və digər bölgələrimizdə dinc azərbaycanlılara qarşıhəyata keçirilən qətliamlar ermənilərin çirkin və məkrliniyyətlərini reallaşdırmaq üçün başlatdıqları soyqırımı siyasətininilkin mərhələsi idi. Azərbaycanlıların tarixi torpaqlarımız olanindiki Ermənistan ərazisindən 1948-1953-cü və 1988-1991-ciillərdəki deportasiyası zamanı həm də xalqımıza qarşı soyqırımıcinayətləri törədilib. Erməni silahlı birləşmələri tərəfindənxalqımıza qarşı soyqırımı cinayətləri Xocalı şəhərinin, Qazaxrayonunun Bağanıs Ayrım, Xocavəndin Qaradağlı, Kəlbəcərin Ağdabanvə Başlıbel kəndlərinin işğalı zamanı törədilib. 44 günlük Vətənmüharibəsi zamanı Gəncə, Bərdə və Tərtər şəhərlərində yaşayışbinalarının və mülki infrastrukturların atəşə tutulması daermənilərin yalnız xalqımıza qarşı deyil, insanlığa qarşıtörətdikləri növbəti cinayətlər idi.

Bu gün qarşımızda duran vəzifələrdən biri tarix boyu xalqımızaqarşı həyata keçirilən soyqırımı cinayətləri ilə bağlı həqiqətləribeynəlxalq ictimaiyyətə çatdırmaq, erməni millətçiliyininbəşəriyyət üçün ləkə olduğunu, erməni terrorçuluğunun dünya üçüntəhlükə olduğunu göstərmək və saxta “məzlum erməni” obrazını ifşaetməkdir. Respublikamızda bu sahədə görülən işlər təqdirəlayiqdir.Prezident İlham Əliyevin yürütdüyü hücum diplomatiyası, o cümlədənHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsüilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası ötənillərdə erməni millətçilərinin soyqırımı cinayətlərinin ifşaedilməsində böyük rol oynayıb. Quba rayonunda Heydər ƏliyevFondunun dəstəyi ilə yaradılan Soyqırımı Memorial Kompleksisoyqırımı cinayətlərini dünyaya bəyan edir. Prezident İlhamƏliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyihaqqında” 18 yanvar 2018-ci il tarixli sərəncamına əsasənazərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuştədbirlərin, o cümlədən Milli Məclisin bununla bağlı xüsusiiclasının keçirilməsi erməni cinayətlərinin beynəlxalq ictimaiyyətəçatdırılması ilə bağlı fəaliyyətin sistemli və ardıcıl olduğunugöstərir.

Qeyd etdiyim kimi, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətitərəfindən yaradılan xüsusi komissiyanın fəaliyyəti yarımçıqqalmışdı. Lakin bu gün Azərbaycan dövləti beynəlxalq səviyyədəözünün milli maraqlarını qətiyyətlə təmin edir. Bu baxımdanəminliklə deyə bilərik ki, torpaqlarını işğaldan azad edənrespublikamız xalqımıza qarşı törədilmiş soyqırımı cinayətlərinə dəbeynəlxalq obyektiv siyasi-hüquqi qiymətin verilməsinə nailolacaq.

Chosen
41
5
az.trend.az

6Sources