"FIFA Series – 2026" beynəlxalq turnirinə yüksək səviyyəli ev sahibliyi etdiyinə görə FIFA AFFA-ya təşəkkürünü bildirib.
Apasport.az xəbər verir ki, ali futbol qurumunun nümayəndəsi AFFA-nın baş katibi Cahangir Fərəcullayevə xatirə hədiyyəsi təqdim edib.
C. Fərəcullayev göstərilən diqqətə görə minnətdarlığını ifadə edib və gələcəkdə əməkdaşlığın uğurla davam etdiriləcəyinə inandığını bildirib.
Qeyd edək ki, Azərbaycan milli komandası "FIFA Series – 2026" turnirinin qalibi olub.
Millimizin heyəti açıqlandı
Msanqanın millisindən darmadağın
Salah İtaliya yolunda
Qismət Alıyev: “Bu tilsimi qıra bildik”
Ayxan Abbasov: “Rəqib bunu tələb edir”