EN

Almaniya millisi Qanaya qalib gəldi - VİDEO

Almaniya millisi beynəlxalq fasilədən yararlanaraq bu gün Qana yığması ilə yoldaşlıq oyunu keçirib.

"Unikal" xəbər verir ki, komandalar Almaniyanın Ştutqart şəhərindəki "Ştutqart Arena"da qarşılaşıblar. Matçı Stüart Atvell (İngiltərə) idarə edib. Görüşdə Almaniya millisi 2:1 hesablı qələbə qazanıb.

Hesabı 45+3-cü dəqiqədə almaniyalı hücumçu Kai Havertz penalti zərbəsi ilə açıb. 70-ci dəqiqədə Qana yığmasından hücumçu İssaaku Fatavu bərabərlik qolunu vurub. Son nöqtəni 88-ci dəqiqədə Deniz Undav qoyub və Almaniyaya qələbə qazandırıb.

Bundan əvvəl - 27 martda Almaniya millisi yoldaşlıq oyununda İsveçrəni (4:3) məğlub etmişdi. Elə həmin gün Qana Avstriyaya uduzub - 1:5.
 

Chosen
14
2
unikal.az

3Sources