EN

BDU nun dosenti vəfat etdi

ain.az bildirir, Modern.az portalına istinadən.

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Zərif üzvi sintez elmi-tədqiqat laboratoriyasının (ETL) aparıcı elmi işçisi Zara Məmmədova vəfat edib.

Modern.az xəbər verir ki, bu barədə BDU-nun Mətbuat xidmətindən bildirilib.Zara Məmmədova 1929-cu il dekabrın 12-də Moskvada anadan olub. 1947-ci ildə Bakının Səbail rayonunda 134 nömrəli orta məktəbi, 1952-ci ildə BDU-nun Kimya fakültəsini bitirib. 1956-cı ildə Kimya fakültəsinin Üzvi kimya kafedrasında assistent kimi fəaliyyətə başlayıb. Elə həmin ildə “Tsikloparafinlərin olefinlərlə alkilləşməsi” mövzusunda dissertasiya müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsi və dosent elmi adı alıb. 1958-ci ildən Kimya fakültəsinin Üzvi kimya kafedrasında müəllim kimi fəaliyyət göstərib. 1961-2023-cü illərdə Üzvi kimya kafedrasının dosenti olub. 2023-cü ildən indiyədək Kimya fakültəsinin Zərif üzvi sintez ETL-də aparıcı elmi işçi idi.

Dosent Zara Məmmədovanın tədqiqat sahəsi kükürd və azot üzvi birləşmələr – korroziya əleyhinə əlavələr, tio-klayzen qruplaşması olub. O, respublika və xarici ölkələrin elmi mətbuatında dərc olunmuş 90-dan çox elmi işin müəllifi idi, onlardan 15-i müəlliflik şəhadətnaməsinə malik olub.

BDU rəhbərliyi və kollektivi Zara Məmmədovanın ailəsinə və yaxınlarına başsağlığı verib.

Allah rəhmət eləsin!

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
24
17
modern.az

10Sources