Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“İran ABŞ Prezidenti Donald Trampa iki dəfə sui-qəsdə cəhdi edib”.
“Cebheinfo.az” xəbər verir ki, bunu İsrailin Baş naziri Binyamin Netanyahu “Newsmax”-a verdiyi müsahibədə bildirib.
"Baxın, müharibədən əvvəl baş verənlərə nəzər salsaq, İran Yaxın Şərqdə və dünyada ən böyük zorakılıq edən ölkə olub. O, Qərb yarımkürəsi də daxil olmaqla, bir çox qitədə, o cümlədən Venesuela və digər ölkələrdə dövlət terrorizminin əsas sponsoru olub", - deyə Netanyahu bildirib.
O, Əfqanıstanda əldəqayırma partlayıcı qurğular nəticəsində minlərlə insanın öldürüldüyünü və şikəst edildiyinideyib. Həmçinin İranın ABŞ səfirliklərini bombaladığını qeyd edib.
Netanyahu iddia edib ki, İran Prezident Donald Trampa iki dəfə sui-qəsd cəhdi edib: “Hələ də bunu etmək istəyir”.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.