AZ

İran Trampa iki dəfə sui qəsd cəhdi edib Netanyahu

Unikal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İran ABŞ prezidenti Donald Trampa iki dəfə sui-qəsd cəhdi edib. 

"Unikal" xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu "Newsmax"a müsahibəsində deyib. 

"Baxın, müharibədən əvvəl baş verənləri xatırlayırsınızsa, İran Yaxın Şərqdə və dünyada əsas zorakılıq edən dövlət idi. O, Qərb yarımkürəsi də daxil olmaqla bir çox qitədə, o cümlədən  Venesuela və digər ölkələrdə dövlət terrorizminin əsas sponsoru idi", -, o, ifadə edib. 

O, Əfqanıstanda əldəqayırma partlayıcı qurğular nəticəsində minlərlə insanın öldüyünü və şikəst olduğunu bildirib.  O, həmçinin İranın ABŞ səfirliklərini "bombaladığını" da iddia edib. 

Netanyahunun sözlərinə görə, İran rəhbərliyi Donald Trampa iki dəfə sui-qəsd cəhdi edib və "hələ də" bunu etmək istəyir.

Qeyd edək ki, bundan əvvəl Benyamin Netanyahu "Fox News"a verdiyi müsahibədə İsrailin ABŞ-ı İranla müharibəyə sürükləyib-sürümədiyi sualına gülmüşdü.

Gülayə Mecid 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
7
unikal.az

10Mənbələr