EN

Bursa bələdiyyəsinin sədri və ailə üzvləri saxlanıldı

Türkiyənin Bursa şəhərinin bələdiyyə sədri, Cümhuriyyət Xalq Partiyasından (CHP) olan Mustafa Bozbey saxlanılıb.

Aznews.az xəbər verir ki, Bursa prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Bozbey və daha 58 şübhəli barədə saxlanma qərarı verilib.

Məlumata əsasən, saxlanılanlar arasında Mustafa Bozbeyin həyat yoldaşı, qızı, qardaşları və bir sıra iş adamları da var. Bələdiyyə sədrinin evində və bələdiyyə binasında axtarış aparılır.

Prokurorluğun açıqlamasında şübhəlilərin “cinayət təşkilatı yaratma və bu təşkilata üzv olma”, həmçinin “cinayətdən əldə edilən vəsaitlərin leqallaşdırılması” maddələri üzrə istintaqa cəlb olunduğu bildirilib.

Chosen
19
8
aznews.az

9Sources