EN

Ordumuz soyqırımı qurbanlarının və şəhidlərin qisasını döyüş meydanında aldı - Kamaləddin Qafarov

Bakı. Trend:

Son iki əsr ərzində ermənilərin Azərbaycana qarşı irəlisürdükləri əsassız ərazi iddiaları fonunda xalqımıza qarşıtörədilmiş ən ağır cinayətlərdən biri də 1918-ci ilin martsoyqırımıdır.

Bu fikirləri Milli Məclisin deputatı Kamaləddin Qafarov 31 mart– Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı Trend-ə açıqlamasındasəsləndirib.

O bildirib ki, həmin dövrdə baş verən hadisələr xüsusiqəddarlığı və geniş miqyası ilə seçilir:

“Təkcə milli və dini mənsubiyyətinə görə qətlə yetiriləngünahsız insanların sayı on minlərlə ölçülür. 1918-ci ilinmart-aprel aylarında Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan,Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digərbölgələrdə bolşevik silahlı dəstələri və erməni daşnak qruplarıtərəfindən dinc əhaliyə qarşı kütləvi qırğınlar törədilmiş,minlərlə insan doğma yurdlarından zorla didərgin salınmışdır. Həminqanlı hadisələr zamanı on minlərlə azərbaycanlı ilə yanaşı,minlərlə ləzgi, yəhudi, rus, avar və talış millətinə mənsub insanda erməni daşnak dəstələrinin hücumlarının qurbanı olmuşdur. Bufaciələrin baş verməsində “Daşnaksutyun” partiyasının iştirakı vətəşkilatçı rolu isə danılmazdır. Tarixi mənbələr göstərir ki, BakıSovetinin təxminən 6 min silahlı əsgəri ilə yanaşı,“Daşnaksutyun”un 4 min nəfərlik silahlı dəstəsi də dinc əhaliyəqarşı həyata keçirilən qırğınlarda iştirak etmişdir. Bütün bunlar1918-ci ilin mart-aprel hadisələrinin həm miqyasına, həm dəqəddarlığına görə tarixdə ən dəhşətli qətliamlardan biri kimiqiymətləndirilməsinə əsas verir. Faciənin real miqyasını anlamaqüçün Bakı ilə yanaşı, Şamaxı və Qubada baş verən qırğınların dageniş şəkildə araşdırılması böyük əhəmiyyət daşıyır”.

Millət vəkili qeyd edib ki, 31 Mart soyqırımı ilə bağlıhəqiqətlərin araşdırılması və beynəlxalq ictimaiyyətə çatdırılmasıistiqamətində mühüm addımlar məhz Ümummilli Lider Heydər Əliyevintəşəbbüsü ilə atılıb:

“Azərbaycan tarixinin müxtəlif dövrlərində xalqımızın üzləşdiyihaqsızlıqların araşdırılması kimi, 1918-ci il mart hadisələrinə dəsiyasi qiymət verilməsi məsələsi Ümummilli Lider Heydər Əliyevintəşəbbüsü ilə gündəmə gətirildi. Ulu Öndər Heydər Əliyevin 1998-ciil 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında”Fərmanında qeyd olunur ki, XIX–XX əsrlərdə baş verən faciələrtorpaqlarımızın zəbt olunması ilə müşayiət edilmiş və ermənilərinazərbaycanlılara qarşı həyata keçirdiyi planlı soyqırımısiyasətinin tərkib hissəsini təşkil etmişdir. Həmin sənədinimzalanması ilə martın 31-i rəsmi olaraq AzərbaycanlılarınSoyqırımı Günü elan olundu. Lakin tarix göstərdi ki, xalqımızaqarşı törədilən cinayətlər cavabsız qalmadı. 2020-ci ilinsentyabr-noyabr aylarında baş vermiş Vətən müharibəsində AzərbaycanOrdusu düşmən üzərində qələbə qazanaraq şəhidlərimizin qisasınıdöyüş meydanında aldı. 2023-cü ilin sentyabrında həyata keçirilmişbirgünlük antiterror tədbirləri isə Qarabağda separatizmin tamamiləaradan qaldırılması ilə nəticələndi və Azərbaycan öz suverenliyinitam şəkildə bərpa etdi. Bu gün Azərbaycan RespubliksınınPrezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi iləXankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə üçrəngli bayrağımızındalğalanması həm xalqımıza böyük qürur yaşadır, həm də soyqırımıqurbanlarının və şəhidlərimizin ruhuna ehtiramın ifadəsidir”.

Chosen
24
15
az.trend.az

10Sources