EN

Məzuniyyət pulu necə hesablanır?

Azərbaycanda işçilərin məzuniyyət hüquqları və bu dövrdə ödənilən məbləğin hesablanma qaydası bir çoxlarını maraqlandırır.

Mövzu ilə bağlı vəkil Esmira Rzayeva NOCOMMENT.az -a ətraflı açıqlama verib.

Vəkilin sözlərinə görə, məzuniyyət pulu işçinin məzuniyyətə çıxdığı tarixdən əvvəlki son 12 təqvim ayı üzrə əldə etdiyi gəlir əsasında hesablanır. Bunun üçün əvvəlcə həmin dövr ərzində alınan əmək haqları toplanır və 12-yə bölünərək orta aylıq əmək haqqı müəyyən edilir.

Daha sonra orta aylıq əmək haqqı 30,4-ə bölünərək bir günlük əmək haqqı hesablanır. Alınan nəticə isə işçinin məzuniyyət günlərinin sayına vurulur və yekun məzuniyyət məbləği müəyyən edilir.

E. Rzayeva bildirib ki, əgər işçi 12 aydan az müddətdə çalışıbsa, bu zaman hesablamalar faktiki işlədiyi tam aylar üzrə aparılır.

Bundan əlavə, qanunvericiliyə əsasən, məzuniyyət pulu işçiyə məzuniyyət başlamazdan ən geci 3 gün əvvəl ödənilməlidir.

Qeyd olunub ki, hesablamalar zamanı yalnız əmək haqqına daxil olan ödənişlər nəzərə alınır. Eyni qayda istifadə edilməmiş məzuniyyətə görə verilən kompensasiyalara da şamil edilir.

Aliyə
NOCOMMENT.az

Chosen
49
nocomment.az

1Sources