Rusiya daxili bazarda xarici valyuta və qızılla əməliyyatları dayandırıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyinin rəsmi saytında bildirilir.
Dayandırma 2026-cı il iyulun 1-dək qüvvədə olacaq. Nazirliyin açıqlamasına əsasən, qərar dövlət maliyyəsinin dayanıqlığının artırılması və ölkənin maliyyə sisteminin möhkəmləndirilməsi məqsədilə neftin baza qiyməti parametrində planlaşdırılan dəyişikliklərlə əlaqədar qəbul edilib. (Oxu.az)