
Birinci Qarabağ müharibəsində şücaətlər göstərmiş “Ağcabədi batalyonu”nun komandiri Tofiq Cəfərov vəfat edib.
AFN.az xəbər verir ki, onun xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, “Ağcabədi batalyonu” 1992-ci ildə uğurlu hərbi kampaniyada fəal iştirak edib. Özünümüdafiə dəstəsi olaraq formalaşmış birlik daha sonra hərbi hissə kimi fəaliyyətini davam etdirib.