Bakı. Trend:
Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə, YaxınŞərqdəki müharibə yalnız regionda və onun hüdudlarından kənardainsanların həyatını və gəlir mənbələrini məhv etmir, eyni zamandaöncəki böhranlardan sonra bərpa prosesinə başlayan ölkələriniqtisadi perspektivlərini də pisləşdirir.
Trend bu barədəfonda istinadla xəbər verir.
Qeyd olunur ki, qlobal şok qeyri-bərabər xarakter daşıyır: ənçox zərər görənlər enerji idxal edən ölkələr, kasıb dövlətlər vəməhdud maliyyə ehtiyatlarına malik ölkələrdir.
“Zərərçəkmiş ölkələrdə ciddi iqtisadi nəticələr müşahidə olunur,infrastruktur və sənayenin dağıdılması da daxil olmaqla, buuzunmüddətli təsirlərə səbəb ola bilər. Bu ölkələrin qısa müddətliböyümə perspektivləri mənfidir.
Eyni zamanda, Asiya və Avropadakı iri enerji idxalçıları yanacaqvə xammal xərclərinin artması ilə üzləşirlər: dünya neftinintəxminən 25–30%-i və mayeləşdirilmiş təbii qazın 20%-i Hörmüzboğazından keçir və bu, yalnız Asiyada deyil, bəzi Avropaölkələrində də tələbatı təmin edir. Neft idxalından daha çox asılıolan Afrika və Asiya ölkələri üçün zəruri tədarükü hətta yüksəkqiymətə əldə etmək getdikcə çətinləşir.
Əlavə təzyiq isə ərzaq və gübrə qiymətlərinin yüksəlməsi vəmaliyyə şərtlərinin sərtləşməsindən yaranır, ələlxüsus da aşağıgəlirli ölkələrdə. Bəzi ölkələr, dəstəyin azalmasına baxmayaraq,xarici yardıma ehtiyac duyə bilərlər”, – deyə məlumatdabildirilir.
BVF qeyd edir ki, müharibə qiymətlərin yüksəlməsinə və iqtisadiartımın yavaşlamasına səbəb olacaq: “Qısa müddətli münaqişə neft vəqaz qiymətlərinin kəskin artmasına səbəb ola bilər, uzunmüddətlimünaqişə isə enerjidaşıyıcıların yüksək qiymətini qoruyaraq idxalçıölkələr üzərində yükü artıracaq”.
“Enerji əsas təsir kanalıdır. Hörmüz boğazının de-faktobağlanması və region infrastrukturunun zədələnməsi dünya bazarındatarixin ən böyük tədarük pozuntusuna səbəb oldu ki, bu da idxalçıölkələr üçün gəlirlərinə birdən-birə tətbiq olunan əlavə vergikimidir.
Çoxsəviyyəli təsir bir neçə regionda müşahidə olunur. Afrika,Yaxın Şərq və Latın Amerikasında enerji idxalçısı ölkələr məhdudbüdcə və valyuta ehtiyatları fonunda idxal xərclərinin artımınıhiss edirlər.
Böyük Asiya sənaye iqtisadiyyatlarında yanacaq və elektrikxərclərinin artması istehsalın maya dəyərini yüksəldir və əhalininalıcılıq qabiliyyətini azaldır; bəzi ölkələrdə ödəniş balansınatəzyiq artıq valyutalara təsir edir. Avropada böhran 2021–2022-ciillərin qaz böhranının təkrarlanması qorxusunu artırır; İtaliya vəBirləşmiş Krallıq qaz elektrik stansiyalarına asılılıq səbəbindənxüsusilə həssasdır, Fransa və İspaniya isə yüksək nüvə və bərpaolunan enerji payı sayəsində nisbətən qorunub”, – fondbildirir.
Qeyd olunur ki, Yaxın Şərqdə, Afrika və Latın Amerikasının birhissəsində neft ixrac edən, bazara tədarük imkanı olan ölkələrdəfiskal və xarici-iqtisadi mövqelər güclənir:
“Tədarükləri məhdud olan istehsalçı ölkələr, o cümlədən KörfəzƏməkdaşlıq Şurasının bəzi üzvlərinin qazanmaq potensialı dahaazdır”.
“Müharibə eyni zamanda neft və digər əsas materialların təchizatzəncirlərini dəyişdirir. Tankerlərin və konteyner gəmilərininyönləndirilməsi daşımaların və sığortanın xərclərini, eləcə dəçatdırılma müddətlərini artırır. Körfəz regionunun əsas havaqovşaqları ətrafında hava hərəkətinin pozulması qlobal turizmətəsir edir və ticarəti çətinləşdirir.
Xammal qiymətlərinin artımından əlavə, ölkələr, şirkətlər vəistehlakçılar təchizat zəncirlərindəki problemlərin nəticələri iləüzləşirlər. Hörmüz boğazından keçən gübrələrin təxminən üçdəbirinin tədarükündəki pozuntular ərzaq qiymətlərinin yüksəlməsiriskini artırır, xüsusilə də şimal yarımkürəsində əkinmövsümündə".
Qeyd olunur ki, sənaye üçün digər materiallarda da çatışmazlıqvə qiymət artımı mümkündür:
“Körfəz regionu polad yarımkeçiricilər və tibbi texnologiyadaistifadə olunan heliumun böyük hissəsini təmin edir. Elektrikliavtomobillər üçün akkumulyatorlara dünya nikelinin təxminənyarısını təmin edən İndoneziya metal emalı üçün kükürd çatışmazlığıilə üzləşə bilər. Şərqi Afrika ölkələri, Körfəz ölkələri iləticarət və pul köçürmələrindən asılı olanlar xidmət tələbininazalması, logistika problemləri və pul köçürmələrinin azlığı iləüzləşirlər”.
“Əgər yüksək enerji və ərzaq qiymətləri qalarsa, bu qlobalinflyasiyaya səbəb olacaq. Tarixi baxımdan neft qiymətlərinindavamlı artımı inflyasiyanın yüksəlməsi və böyümənin yavaşlamasıilə müşayiət olunub. Daha yüksək nəqliyyat və istehsal xərclərimalların və xidmətlərin qiymətinə əks olunur.
Təsir regiondan-regiona fərqlənir. Asiyada və qismən LatınAmerikasında, inflyasiya nisbətən aşağı olduğu yerlərdə, enerji vəərzaq qiymətlərinin artımı gözləntilərin davamlılığını sınayacaq,xüsusən zəif valyutaya malik ölkələrdə. Avropada enerjiqiymətlərinin yeni sıçrayışı artıq mövcud həyat xərclərini daha daartıracaq. Aşağı gəlirli ölkələrdə ərzaq qiymətlərinin artımıkəskin sosial və iqtisadi nəticələr doğurur.
Müharibə maliyyə bazarlarındakı sabitliyi pozub. Qlobal fondindeksləri azalıb, istiqraz gəlirləri inkişaf etmiş və bir çoxinkişaf etməkdə olan ölkələrdə yüksəlib, volatillik artıb.Aktivlərin satışı maliyyə şərtlərini sərtləşdirib.
Təsir fərqlidir. Avropada və bir çox inkişaf etməkdə olanölkələrdə daha yüksək gəlirlər və kredit spredlərinin genişlənməsiborcun xidmətini artırır və hökumət və şirkətlər üçün təkrarmaliyyələşdirməni çətinləşdirir. Səhranın cənubundakı Afrikaölkələrində və Yaxın Şərq, Cənubi Asiya ölkələrinin bəzi yerlərindəməhdud ehtiyatlar və bazara çıxış xarici maliyyə şoklarını dahatəhlükəli edir, ələlxüsus da yanacaq, gübrə və ərzaq idxal xərcləriartdığı halda”, – deyə məlumatda qeyd olunur.