İsmayıllıda ağır avtomobil qəzası baş verib.
APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə bu gün səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda, İsmayıllının Topçu kəndi ərazisində qeydə alınıb. Nicat Əsgərovun idarə etdiyi “VAZ-2115” markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər - 19 yaşlı Lamiyə Qurbanova və 3 yaşlı uşaq ölüb.
Həmçinin avtomobildə olan 21 yaşlı Rahil Qurbanov, eləcə də 5 yaşlı qız və 7 yaşlı oğlan xəsarət alıb.
Qəzaya düşənlərin Qəbələnin Yenikənd kəndinin sakinləri, bir ailənin üzvləri olduğu bildirilir.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-nin sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.