EN

Sabah bu ərazilərdə 25 dərəcə isti olacaq!

Aprelin 1-i Azərbaycanın şəhər və rayonlarında gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə "Yeni Sabah"a Milli Hidrometeorologiya Xidmətinin məlumat verilib.

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq və əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış ehtimalı var. Gecə və səhər saatlarında bəzi ərazilərdə duman müşahidə olunacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-12°, gündüz isə 16-21° isti təşkil edəcək. Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman müşahidə olunacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-12°, gündüz 20-25°, dağlıq ərazilərdə isə gecə 0-5°, gündüz 10-15°, bəzi yerlərdə 18° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında, o cümlədən Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək, arabir duman olacaq. Qərb küləyi əsəcək. Temperatur gecə 3-8°, gündüz 15-20° isti təşkil edəcək.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy və Göygöl rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağıntı, dağlıq ərazilərdə isə qar ehtimalı var. Arabir duman olacaq, qərb küləyi əsəcək. Temperatur gecə 1-6°, gündüz 10-15°, bəzi yerlərdə 18° isti olacaq.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan ərazilərində əsasən yağmursuz hava gözlənilir. Gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntı ehtimalı var. Arabir duman müşahidə olunacaq, qərb küləyi əsəcək. Temperatur gecə 2-7°, dağlıq ərazilərdə 2°-dək şaxta, gündüz 13-18° isti olacaq.

Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz və Naftalan rayonlarında əsasən yağmursuz hava üstünlük təşkil edəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntı, şimşək və dolu ehtimalı var. Arabir duman olacaq, qərb küləyi əsəcək. Temperatur gecə 7-10°, gündüz 16-21° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında əsasən yağmursuz hava gözlənilir. Gündüz bəzi yerlərdə yağıntı olacaq, ayrı-ayrı ərazilərdə qısamüddətli intensivləşmə, şimşək, dolu və dağlıq ərazilərdə sulu qar ehtimalı var. Arabir duman müşahidə olunacaq, qərb küləyi əsəcək. Temperatur gecə 5-9°, gündüz 16-21°, dağlıq ərazilərdə gecə 0-5° şaxta, gündüz 10-15° isti olacaq.

Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək, arabir duman olacaq. Qərb küləyi əsəcək. Temperatur gecə 7-12°, gündüz 20-25° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar və Cəlilabad rayonlarında da əsasən yağmursuz hava gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntı və şimşək ehtimalı var. Arabir duman müşahidə olunacaq, şimal-şərq küləyi əsəcək. Temperatur gecə 11-15°, gündüz 16-21°, dağlıq ərazilərdə gecə 8-10°, gündüz 15-20° isti olacaq.


Telegram kanalımız
Chosen
30
1
yenisabah.az

10Sources