"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 19-30 mart tarixlərində 212 mindən çox sərnişin daşıyıb.
Bu barədə "Unikal"a ADY-dən məlumat verilib.
Bildirilib ki, rayonlararası sərnişindaşımada Bakı-Qazax-Bakı (o cümlədən Bakı-Ağstafa-Bakı əlavə reysləri) marşrutu üzrə 21 963 nəfər daşınıb.
Bakı-Qəbələ-Bakı və Bakı-Balakən-Bakı qatarlarından ümumilikdə 8 984 sərnişin istifadə edib.
Eyni zamanda, Bakı-Ağdam-Bakı marşrutunda isə bu göstərici 1 561 nəfər olub.