Məhkəmə ekspertizası idarələrində aparılan məhkəmə ekspertizalarının siyahısı və məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqqın məbləği təsdiqlənib.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Məhkəmə ekspertizası idarələrində aparılan məhkəmə ekspertizalarının siyahısı və məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqqın məbləği
| Sıra №-si | Məhkəmə ekspertizası | Haqqın məbləği (manatla) |
| 1. | Məhkəmə-xətşünaslıq ekspertizası | 200 |
| 2. | Məhkəmə-müəllifşünaslıq ekspertizası | 200 |
| 3. | Sənədlərin məhkəmə-texniki ekspertizası | 240 |
| 4. | Audio və videoyazıların məhkəmə ekspertizası | 300 |
| 5. | Məhkəmə-linqvistik ekspertizası | 200 |
| 6. | Məhkəmə-trasoloji ekspertizası | 200 |
| 7. | Məhkəmə-ballistik ekspertizası | 200 |
| 8. | Məhkəmə partlayış-texniki ekspertizası | 300 |
| 9. | Məhkəmə-portret ekspertizası | 240 |
| 10. | Məhkəmə-fototexniki ekspertizası | 240 |
| 11. | Materialların məhkəmə ekspertizası | 240 |
| 12. | Məhkəmə-bioloji ekspertizası | 200 |
| 13. | Məhkəmə maliyyə-mühasibat ekspertizası | 300 |
| 14. | Məhkəmə-əmtəəşünaslıq ekspertizası | 200 |
| 15. | Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası | 240 |
| 16. | Məhkəmə texniki-təhlükəsizlik ekspertizası | 200 |
| 17. | Məhkəmə tikinti-texniki ekspertizası | 300 |
| 18. | Məhkəmə yerquruluşu ekspertizası | 300 |
| 19. | Məhkəmə kompüter-texniki ekspertizası | 300 |
| 20. | Məhkəmə-sənətşünaslıq ekspertizası | 200 |
| 21. | Məhkəmə-psixoloji ekspertizası | 200 |
| 22. | Əqli mülkiyyət obyektlərinin məhkəmə ekspertizası | 200 |
| 23. | Kontrafakt məhsulların məhkəmə ekspertizası | 200 |
| 24. | Məhkəmə-daktiloskopik eskpertizası | 200 |
| 25. | Məhkəmə-tibbi ekspertiza (meyitin müayinəsi) | 300 |
| 26. | Məhkəmə-tibbi ekspertiza (ekshumasiya ilə meyitin müayinəsi) | 500 |
| 27. | Məhkəmə-tibbi ekspertiza (sənədlər əsasında meyitin müayinəsi) | 150 |
| 28. | Canlı şəxsin məhkəmə-tibbi ekspertizası | 300 |
| 29. | Canlı şəxsin məhkəmə-tibbi ekspertizası (tibbi sənədlər əsasında) | 135 |
| 30. | Məhkəmə tibbi-psixoloji ekspertiza | 200 (1 gün üçün) |
| 31. | Məhkəmə-psixiatrik ekspertiza | 200 (1 gün üçün) |
| 32. | Məhkəmə-tibbi bioloji ekspertiza (müayinə) | 120 |
| 33. | Məhkəmə-tibbi sitoloji ekspertiza | 80 |
| 34. | Məhkəmə molekulyar-genetik ekspertiza | 2000 |
| 35. | Məhkəmə-tibbi kimyəvi ekspertiza (müayinə) | 250 |
| 36. | Məhkəmə-tibbi histoloji ekspertiza (müayinə) | 100 |
| 37. | Məhkəmə tibbi-kriminalistik ekspertiza (müayinə) | 300 |
| 38. | Məhkəmə tibbi-rentgeneoloji ekspertiza | 100 |
| 39. | Məhkəmə tibbi-arxeoloji ekspertiza | 150 |
Qeydlər:
- Məhkəmə ekspertizası idarələrində məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqqın məbləği ekspertizanın prosessual növlərinə görə aşağıdakı kimi müəyyən edilir:
- ilkin məhkəmə ekspertizasının aparılmasına görə ödənilən haqqın məbləği – cədvəllə təsdiq edilmiş məbləğin 100%-i həcmində;
- əlavə məhkəmə ekspertizasının aparılmasına görə ödənilən haqqın məbləği – ilkin ekspertizaya görə müəyyən edilmiş məbləğin 50%-i həcmində;
- təkrar məhkəmə ekspertizasının aparılmasına görə ödənilən haqqın məbləği – ilkin ekspertizaya görə müəyyən edilmiş məbləğin 120%-i həcmində;
- kompleks məhkəmə ekspertizasının aparılmasına görə ödənilən haqqın məbləği – təyin (sifariş) olunmuş ekspertizalar üçün müəyyən edilmiş ilkin ekspertizaların hər birinin məbləğlərinin cəmi;
- komission məhkəmə ekspertizasının aparılmasına görə ödənilən haqqın məbləği – təyin (sifariş) olunmuş ekspertizanın aparılmasına cəlb edilmiş hər bir ekspertə müəyyən edilmiş ilkin ekspertizanın məbləğinin 50%-i miqdarında əlavənin hesablanması.
- Məhkəmə-tibb, o cümlədən məhkəmə psixiatr (psixoloq) ekspertinin məhkəmə iclasında iştirakına (həmin şəhər və ya rayonda) görə ödənilən haqqın məbləği – 50 manat.
- Məhkəmə-tibb, o cümlədən məhkəmə psixiatr (psixoloq) ekspertinin məhkəmə iclasında iştirakına (digər şəhər və ya rayonda) görə ödənilən haqqın məbləği – 100 manat.
- Məhkəmə ekspertizası idarələrində məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar meyitlərə gigiyenik qulluq və onların formalinlə fiksasiyasına görə sanitara ödənilən haqqın məbləği – 100 manat.
- Məhkəmə ekspertizası idarələrində məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar meyitlərin quru buzla təmin edilməsinə görə sanitara ödənilən haqqın məbləği – 100 manat.
__________________________