Məhkəmə ekspertizası idarələrində aparılan məhkəmə ekspertizalarının siyahısı və məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqqın məbləği təsdiq edilib.
Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqqın məbləği aşağıdakı kimi olacaq:
(sənədlər əsasında meyitin müayinəsi) 150 28. Canlı şəxsin məhkəmə-tibbi ekspertizası 300 29. Canlı şəxsin məhkəmə-tibbi ekspertizası (tibbi sənədlər əsasında) 135 30. Məhkəmə tibbi-psixoloji ekspertiza 200
(1 gün üçün) 31. Məhkəmə-psixiatrik ekspertiza 200
(1 gün üçün) 32. Məhkəmə-tibbi bioloji ekspertiza (müayinə) 120 33. Məhkəmə-tibbi sitoloji ekspertiza 80 34. Məhkəmə molekulyar-genetik ekspertiza 2000 35. Məhkəmə-tibbi kimyəvi ekspertiza (müayinə) 250 36. Məhkəmə-tibbi histoloji ekspertiza (müayinə) 100 37. Məhkəmə tibbi-kriminalistik ekspertiza (müayinə) 300 38. Məhkəmə tibbi-rentgeneoloji ekspertiza 100 39. Məhkəmə tibbi-arxeoloji ekspertiza 150Məhkəmə ekspertizası idarələrində məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqqın məbləği ekspertizanın prosessual növlərinə görə aşağıdakı kimi müəyyən edilir:
ilkin məhkəmə ekspertizasının aparılmasına görə ödənilən haqqın məbləği – cədvəllə təsdiq edilmiş məbləğin 100%-i həcmində; əlavə məhkəmə ekspertizasının aparılmasına görə ödənilən haqqın məbləği – ilkin ekspertizaya görə müəyyən edilmiş məbləğin 50%-i həcmində; təkrar məhkəmə ekspertizasının aparılmasına görə ödənilən haqqın məbləği – ilkin ekspertizaya görə müəyyən edilmiş məbləğin 120%-i həcmində; kompleks məhkəmə ekspertizasının aparılmasına görə ödənilən haqqın məbləği – təyin (sifariş) olunmuş ekspertizalar üçün müəyyən edilmiş ilkin ekspertizaların hər birinin məbləğlərinin cəmi; komission məhkəmə ekspertizasının aparılmasına görə ödənilən haqqın məbləği – təyin (sifariş) olunmuş ekspertizanın aparılmasına cəlb edilmiş hər bir ekspertə müəyyən edilmiş ilkin ekspertizanın məbləğinin 50%-i miqdarında əlavənin hesablanması.Məhkəmə-tibb, o cümlədən məhkəmə psixiatr (psixoloq) ekspertinin məhkəmə iclasında iştirakına (həmin şəhər və ya rayonda) görə ödənilən haqqın məbləği – 50 manat.
Məhkəmə-tibb, o cümlədən məhkəmə psixiatr (psixoloq) ekspertinin məhkəmə iclasında iştirakına (digər şəhər və ya rayonda) görə ödənilən haqqın məbləği – 100 manat.
Məhkəmə ekspertizası idarələrində məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar meyitlərə gigiyenik qulluq və onların formalinlə fiksasiyasına görə sanitara ödənilən haqqın məbləği – 100 manat.
Məhkəmə ekspertizası idarələrində məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar meyitlərin quru buzla təmin edilməsinə görə sanitara ödənilən haqqın məbləği – 100 manat.