EN

Süni İntellekt Akademiyasında ikinci qəbul mərhələsi yekunlaşıb - Açıqlama

Bakı, 31 mart, AZƏRTAC

Süni İntellekt Akademiyasında ikinci qəbul mərhələsi uğurla başa çatıb və seçilmiş namizədlər növbəti mərhələyə vəsiqə qazanıblar.

Bu barədə AZƏRTAC-a Milli Süni İntellekt Mərkəzinin nümayəndəsi Xanım Hacıyeva məlumat verib. O bildirib ki, bu proses ölkədə süni intellekt (Sİ) üzrə peşəkar kadr bazasının formalaşdırılması yolunda atılan strateji addımdır.

“Akademiyanın ilk kohortu üzrə tədris prosesi hazırda aktiv mərhələdədir. Fundamental biliklərə yiyələnən tələbələr artıq Sİ mühəndisliyi istiqamətində ixtisaslaşmağa başlayıblar və real layihələr üzərində praktiki bacarıqlarını təkmilləşdirirlər. Proqramın davamlılığını təmin etmək məqsədilə ikinci kohortun tədrisinə 2026-cı ilin aprelindən start veriləcək. Bu təşəbbüs ölkədə rəqabətqabiliyyətli Sİ ekosisteminin qurulmasını və bu sahədəki biliklərin sistemli şəkildə genişləndirilməsini hədəfləyir”, - deyə Xanım Hacıyeva əlavə edib.

Müxbir - Pərvanə Qafarova

Chosen
18
1
azertag.az

2Sources