EN

BANM-in liseyinin 9 şagirdi respublika fənn olimpiadalarının final mərhələsinə yüksəlib

Bakı, 31 mart, AZƏRTAC

Bakı Ali Neft Məktəbinin (BANM) nəzdində fəaliyyət göstərən Rəqəmsal Biliklər Liseyinin 9 şagirdi Respublika Fənn Olimpiadalarının (RFO) final mərhələsində iştirak etmək hüququ qazanıb.

BANM-dən AZƏRTAC-a bildirilib ki, lLisey şagirdləri xüsusilə informatika fənni üzrə yüksək nəticə göstəriblər. Belə ki, finala vəsiqə qazananlardan 8-i məhz bu fənn üzrə mübarizə aparacaq. Onların arasında 8-ci sinif şagirdləri Əsma Bədəlova, Tunar Verdiyev, Camal Qasımov, həmçinin 9-cu sinif şagirdləri İbrahim Balaqadaşlı, Aysu İsgəndərli, Fatimə Aslanlı, Rəşid Səfərli və Əsma Qafarlı yer alır.

Bundan əlavə, liseyin 9-cu sinif şagirdləri Aysu İsgəndərli və Tural Bəgalızadə riyaziyyat fənni üzrə də finalda öz biliklərini sınayacaqlar. Qeyd edək ki, informatika fənni üzrə aşağı yaş qrupunda ölkə üzrə ümumilikdə 109 nəfər final mərhələsində birincilik uğrunda yarışacaq.

 

Chosen
6
2
azertag.az

3Sources