EN

Tramp Hörmüz boğazı ilə bağlı bütün ölkələrə öz təkliflərini irəli sürüb

Bakı. Trend:

Yaxın Şərqdə davam edən eskalasiyalar və Hörmüz boğazında neftdaşımalarında yaranan fasiələlər fonunda Ağ Ev rəhbəri Donald Trampaviasiya yanacağı defisiti ilə üzləşmiş ölkələrə bir sıra təkliflərirəli sürüb.

Trend xəbər verirki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosialşəbəkə hesabında yazıb.

Tramp bildirib ki, Hörmüz boğazının təhlükəsizliyinin təminedilməsində hər ölkə özü məşğul olmalıdır, ABŞ-yəarxalanmamalıdır.

“Hörmüz boğazına (boğazın bloklanmasına görə-red.) görə aviasiyayanacağı əldə edə bilməyən bütün ölkələrə məsələn, İranın“başsızlaşdırılması” əməliyyatında iştirakdan imtina edən BirləşmişKrallığa belə bir təklifim var: birincisi, (yanacağı) ABŞ-dən alın,bizdə kifayət qədər ehtiyat var; ikincisi isə, bir qədər gecikmişcəsarətinizi toplayın, boğaza gedin və sadəcə götürün. Özünüz üçünmübarizə aparmağı öyrənməyə başlamalı olacaqsınız - ABŞ artıq sizəkömək etmək üçün orada olmayacaq, necə ki, siz də bizim üçün oradaolmadınız. İran faktiki olaraq darmadağın edilib. Çətin hissə artıqgeridə qalıb. Gedin və öz neftinizi götürün”, - Tramp yazıb.

Digər postunda isə Ağ Ev rəhbəri Fransa hökumətini tənqidedib.

“Fransa dövləti hərbi avadanlıqla yüklənmiş təyyyarələrin Fransaüzərində İsrailə uçmasına icazə verməyib. Fransa “İranın qəssabı”ilə bağlı çox YARARSIZ davrandı - hərçənd o uğurlazərərsizləşdirilib! ABŞ bunu UNUTMAYACAQ!!!”,- Tramp yazıb.

Qeyd edək ki, 2015-ci ildə İran və 5+1 qrupu arasında İranınnüvə proqramı ilə əlaqədar Hərtərəfli Birgə Fəaliyyət Planı üzrərazılıq əldə olunub və BMT Təhlükəsizlik Şurası 2231 saylıqətnaməni qəbul edib. Bu qətnamə İran əleyhinə tətbiq olunan öncəki6 qətnamələri və İranın nüvə proqramı ilə əlaqədar genişhəcmlisanksiyaların dayandırılması ilə nəticələnib.

2018-də ABŞ sözügedən plandan çıxması ilə İrana qarşısanksiyalar tətbiq edib. İranın mərhələli şəkildə planda nəzərdətutulan məhdudiyyətləri dayandırması digər ölkələr tərəfindənbirmənalı qarşılanmayıb. Nəticədə 28 sentyabr 2025-də İran əleyhinəBMT Təhlükəsizlik Şurasının qətnamələri yenidən bərpa olunub.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 2025-ci ilin may ayındayayımladığı hesabata əsasən, İranın zənginləşdirdiyi uranın həcmi 9247 kiloqram təşkil edib və 60%-dən yuxarı zənginləşdirilən uranınhəcmi isə 408 kiloqramdır.

ABŞ və İran arasında İranın nüvə proqramı ilə bağlı iki dəfəayrı zamanlarda müzakirələr aparılsa da, tərəflər arasında konkretrazılaşma əldə olunmayıb və hər iki müzakirə qarşıdurma ilənəticələnib. Sonuncu olaraq 28 fevraldan etibarən ABŞ və İsrailİrana hərbi hava hücumlarına başlayıb.
Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib. Sonradan qarşıdurma daha da genişlənərək Yaxın Şərqinmüxtəlif ölkələrini əhatə edib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündəsaxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazəverir.

Chosen
46
9
az.trend.az

10Sources