EN

Məhkəmə Hüquq Şurasından Elektron Məhkəmə Sistemi ilə bağlı AÇIQLAMA

Gununsesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Azərbaycanda vəkillər və məhkəmə prosesi iştirakçıları üçün çətin günlər yaşanıb. “Elektron məhkəmə” informasiya sistemində aparılan genişmiqyaslı texniki yenilənmə ilə əlaqədar olaraq, sistemin ən vacib funksiyası olan “E-kabinet” müvəqqəti olaraq qapadılıb.

Vəkillər Kollegiyasının əksər üzvləri sosial şəbəkələrdə post paylaşaraq Elektron Məhkəmə Sisteminin yeni versiyasının qəliz olduğunu, orada çalışmağın mümkün olmadığını, informasiyaların tapılmasının çətin olduğunu iddia ediblər. 

Məsələ ilə bağlı Məhkəmə-Hüquq Şurasından Gununsesi.info–nun sorğusuna cavab verilib:

“Vəkillərə “Elektron Məhkəmə” informasiya sisteminin yeni versiyası ilə bağlı təlim keçiriləcək

“Elektron Məhkəmə” informasiya sisteminin təkmilləşdirilməsi çərçivəsində sistemin yeni versiyası istifadəyə verilib.

Sistemdə edilən yeniliklərin izah olunması və yaranan çətinliklərin aradan qaldırılması məqsədilə Məhkəmə-Hüquq Şurası tərəfindən onlayn təlimlər keçirilməkdədir.

Bu gün saat 16:00-dan etibarən “Zoom” platforması üzərindən həftə ərzində keçiriləcək iclaslara qoşulmaq istəyən vəkillər müraciət edə bilərlər.

Bundan başqa bildirilir ki, yeni sistem üzərindən texniki məsələlərlə bağlı prosessual müddətlərin ötürülməsinin nəzərə alınması üçün Məhkəmə-Hüquq Şurasının Məhkəmə Çağrı Mərkəzindən (887) arayış alına bilər”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
47
icma.az

1Sources