EN

Paris Arbitraj Həftəsi: Bakı Arbitraj Mərkəzi “Arbitrajın Memarları: Arbitraj institutlarının rolu” adlı dəyirmi masa təşkil edib

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Paris, 30 mart, AZƏRTAC

Dünyanın ən böyük beynəlxalq arbitraj konfransı - Paris Arbitraj Həftəsinin (PAH) 10-cu buraxılışı çərçivəsində Bakı Arbitraj Mərkəzi “Arbitrajın Memarları: Arbitraj institutlarının rolu” adlı mühüm dəyirmi masa müzakirəsi təşkil edib.

AZƏRTAC xəbər verir ki, panel müzakirələrində bu sahənin tanınmış nümayəndələri- Bakı Arbitraj Mərkəzinin İdarə Heyətinin sədri Kəmalə Mehdiyeva, London Beynəlxalq Arbitraj Məhkəməsindən Kevin Naş, Stokholm Ticarət Palatasının Arbitraj İnstitutundan Barton Legum, Astana Beynəlxalq Maliyyə Mərkəzinin Məhkəmə və Arbitraj Mərkəzindən Kristofer Kaıpbel-Holt OBE və İstanbul Arbitraj Mərkəzindən Yasin Ekmen çıxış ediblər.

Dəyirmi masada beynəlxalq mübahisələrin həllində arbitraj institutlarının dəyişən rolu araşdırılıb. Onların arbitraj praktikasının həqiqi memarlarına çevrilib-çevrilmədiyi və inkişaf etməkdə olan bazarlarda və hüquqi yurisdiksiyalarda etibarlılığı necə formalaşdıra biləcəkləri müzakirə edilib.

Müzakirələrdə həmçinin rəqəmsallaşmanın təsiri, prosedur səmərəliliyinin artırılması, arbitr təyinatlarında müxtəlifliyin təşviqi və getdikcə mürəkkəbləşən qlobal mühitdə geosiyasi risklərin idarə olunması kimi əsas çağırışlar nəzərdən keçirilib.

Müzakirə zamanı gələcəyə də nəzər salınaraq, növbəti on ildə arbitraj institutlarının necə formalaşacağı ilə bağlı fikir mübadilələri aparılıb. Sürətlə dəyişən dünyada effektiv və aktual qalmaq üçün hansı uyğunlaşmaların zəruri olduğu dəyərləndirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
6
1
azertag.az

2Sources