EN

Milan yeni transfer reallaşdırdı RƏSMİ

Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Mövsümün sonunda "Partizan"dan ayrılacaq monteneqrolu hücumçu Andrey Kostiç karyerasını İtaliya nəhəngində davam etdirəcək.

Fanat.Az xəbər verir ki, "Milan" onu heyətinə cəlb edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı futbolçu ilə müqavilənin detalları açıqlanmayıb. O, iyulun 1-də "rossoneri"nin gənclər komandasına qoşulacaq. Yerli KİV Kostiçin "Milan"a 3 milyon avroya başa gəldiyini iddia edib. 

Qeyd edək ki, Kostiç Serbiya çempionatında bu mövsüm 27 oyuna çıxaraq 11 qol vurub.

 

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
3
1
fanat.az

2Sources