EN

Sirkə turşusu, siçan dərmanı Bayram günləri zəhərlənənlər

Modern.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bayram günləri ilə əlaqədar qeyri-iş günlərində (20.03.2026-30.03.2026) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 31 müraciət daxil olub.

Modern.az-a bu barədə TƏBİB-dən məlumat verilib. 

Bildirilib ki, müraciət edənlərdən 12-si dərman, 1-i siçan dərmanı (rodensit), 1-i dəm qazı, 2-si fosfor üzvi birləşmələrdən, 3-ü anafilaktik şokdan, 3-ü allergik reaksiyadan, 9-u isə sirkə turşusundan zəhərlənən şəxslər olub.

Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib və onlar ambulator müalicə üçün evə buraxılıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
18
9
modern.az

10Sources