EN

Əraqçi Hakan Fidanla telefon danışığında Türkiyəyə raket atılmasını təkzib edib

İrandan Türkiyəyə ballistik raket atılması ilə bağlı iddialar əsassızdır.

 

“Fars” agentliyinin xəbərinə görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi türkiyəli həmkarı Hakan Fidanla telefon danışığında deyib.

 

Əraqçi qeyd edib ki, İran qonşuluq prinsiplərinə riayət etməyə, Türkiyənin suverenliyi və ərazi bütövlüyünə hörmət göstərməyə sadiqdir və mümkün iddiaların araşdırılması üçün birgə texniki əməkdaşlığa hazırdır. (apa)

 

 

Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, İrandan ölkəyə atılan növbəti raket ötən gün zərərsizləşdirilib.

Chosen
10
11
qaziler.az

10Sources