AZ

Türkiyəyə raket atılıb? Əraqçidən gözlənilməz cavab

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

İrandan Türkiyəyə ballistik raket atılması ilə bağlı iddialar əsassızdır.

Globalinfo.az bildirir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi türkiyəli həmkarı Hakan Fidanla telefon danışığında deyib.

Əraqçi qeyd edib ki, İran qonşuluq prinsiplərinə riayət etməyə, Türkiyənin suverenliyi və ərazi bütövlüyünə hörmət göstərməyə sadiqdir və mümkün iddiaların araşdırılması üçün birgə texniki əməkdaşlığa hazırdır.

Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, İrandan ölkəyə atılan növbəti raket ötən gün zərərsizləşdirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
11
globalinfo.az

10Mənbələr