Olaylar.az xəbər verir ki, bu barədə mərkəzi ofisi Münhendə yerləşən İqtisadi Tədqiqatlar İnstitutunun hesabatında deyilir.
Sənədə əsasən alman sənaye şirkətlərinin yalnız 9%-i mövcud vəziyyətdən təsirlənməyiblər.
İnstitutun sorğusunda iştirak edən sənaye şirkətlərinin 78%-i enerji qiymətlərinin artmasını ən böyük risk faktoru kimi dəyərləndiriblər.
Şirkətlərin 36%-i daşınma marşrutlarındakı məhdudiyyətləri və xammal və aralıq məhsulların tədarükündəki problemləri vurğulayıb, 16%-i isə hava yük daşınmasında fasilələrlə bağlı narahatlıqlarını bildirib. Bundan əlavə, müəssisələrin təxminən dörddə biri əsas ixrac bazarlarında tələbatın azalacağını proqnozlaşdırır.