EN

Pit Heqset: İranla müharibə məqsədlərimizə çatanadək davam edəcək

"Hörmüz boğazı yalnız ABŞ-nin məsələsi deyil, digər ölkələr də özlərini müdafiə etməli, özləri uğrunda vuruşmalıdırlar".

Olaylar.az xəbər verir ki, bunu ABŞ-nin müharibə naziri Pit Heqset deyib.

Nazir Hörmüz boğazından çoxlu sayda gəmilərin keçdiyini bildirib:

"Prezident Tramp bəyan edib ki, ya boğaz açılmalıdır, ya da biz fərqli davranacağıq".

Heqset əlavə edib ki, Böyük Britaniya Dəniz Qüvvələrinin qüvvələri ora cəlb edilməli olsa da, bu, baş verməyib.

"Prezidentin də söylədiyi kimi, İraqdan dərs çıxarmışıq, bu səhvləri təkrarlamayacağıq", - o vurğulayıb.

Müharibənin mümkün bitmə tarixi ilə bağlı Pit Heqset qeyd edib:

"Düşmənə nə vaxt nə edəcəyimizi demirik, hücumların nə vaxt bitəcəyini açıqlamırıq. Dörd-altı həftə və ya başqa bir müddətdən söhbət gedə bilməz, məqsədlərimizə çatana qədər davam edəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
7
1
olaylar.az

2Sources