EN

Mart soyqırımı bəşər tarixində ən qanlı faciədir

Bakı, 31 mart, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan anım tədbiri keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Akademik Vaqif Fərzəliyev 1918-ci il mart soyqırımının təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciə olmasından danışıb, mənfur ermənilərin xalqımıza qarşı ən qəddar zorakılıq üsullarından istifadə etməklə, tarixdə misli görünməmiş cinayətlər törətdiklərini diqqətə çatdırb. Alim vurğulayıb ki, Vətən müharibəsində qazanılan şanlı Zəfər dövlətimizin iqtisadi gücünün, hərbi potensialının və beynəlxalq aləmdə nüfuzunun artdığını, ölkəmizin hərtərəfli inkişafa nail olduğunu göstərdi.

Anım tədbirində kimya üzrə fəlsəfə doktoru, dosent Elxan İsakov geniş təqdimatla çıxış edib. O qeyd edib ki, 31 Mart soyqırımı zamanı Bakı, Quba, Şamaxı və digər ərazilərdə qırğınlar törədilib. Quba qəzasında etnik düşmənçilik azərbaycanlılarla yanaşı, digər xalqlara, o cümlədən ləzgilərə, qrızlara, buduğlara, ceklərə, həmçinin bütün tat əhalisinə qarşı yönəlmişdi. Azərbaycanlılara qarşı qanlı qırğınlar zamanı ictimai və şəxsi mülklərə də çox böyük ziyan dəyib.

Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib. 2013-cü ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Quba Soyqırımı Memorial Kompleksi yaradılıb.

Chosen
27
azertag.az

1Sources