EN

"Avroviziya" mahnı müsabiqəsi Asiyada da keçiriləcək

"Avroviziya" Beynəlxalq Mahnı Müsabiqəsi bu il Asiyada da keçiriləcək.

Moderator.az xəbər verir ki, bu barədə müsabiqənin rəsmi yayımçısı olan Avropa Yayım Birliyi məlumat yayıb.

Məlumata görə, 2026-cı ildə əsas "Avroviziya" ilə yanaşı, müsabiqənin Asiya versiyası da keçiriləcək. Bu müsabiqənin ilk ev sahibi Tailandın paytaxtı Banqkok olacaq və final noyabrın 14-də keçiriləcək.

Təşkilatçılar bildiriblər ki, bu, "Avroviziya"nın 70 illik yubileyi ilə əlaqədardır. "Avroviziya Asiya-2026" müsabiqəsində Banqladeş, Butan, Kamboca, Laos, Malayziya, Nepal, Filippin, Cənubi Koreya, Tailand və Vyetnam iştirak edəcək. Siyahının genişlənəcəyi gözlənilir.

Qeyd edək ki, 70-ci "Avroviziya-2026" mahnı müsabiqəsi Avstriyanın paytaxtı Vyanada keçiriləcək. Yarımfinallar mayın 12 və 14-də, final isə mayın 16-da ölkənin ən böyük qapalı arenası olan "Wiener Stadthalle"də baş tutacaq.

Chosen
36
5
moderator.az

10Sources