"Avroviziya" Beynəlxalq Mahnı Müsabiqəsi bu il Asiyada da keçiriləcək.
"Unikal" xəbər verir ki, bu barədə müsabiqənin rəsmi yayımçısı olan Avropa Yayım Birliyi məlumat yayıb.
Məlumata görə, 2026-cı ildə əsas "Avroviziya" ilə yanaşı, müsabiqənin Asiya versiyası da keçiriləcək. Bu müsabiqənin ilk ev sahibi Tailandın paytaxtı Banqkok olacaq və final noyabrın 14-də keçiriləcək.
Təşkilatçılar bildiriblər ki, bu, "Avroviziya"nın 70 illik yubileyi ilə əlaqədardır. "Avroviziya Asiya-2026" müsabiqəsində Banqladeş, Butan, Kamboca, Laos, Malayziya, Nepal, Filippin, Cənubi Koreya, Tailand və Vyetnam iştirak edəcək. Siyahının genişlənəcəyi gözlənilir.
Qeyd edək ki, 70-ci "Avroviziya-2026" mahnı müsabiqəsi Avstriyanın paytaxtı Vyanada keçiriləcək. Yarımfinallar mayın 12 və 14-də, final isə mayın 16-da ölkənin ən böyük qapalı arenası olan "Wiener Stadthalle"də baş tutacaq.