Müəllif: Tamara Mustafayeva, Banco.az
"Nvidia" "Marvell"ə 2 milyard dollar investisiya yatırıb.
Banco.azxəbər verir ki, “Nvidia” süni intellekt xidmətlərini daha sərfəli etmək məqsədilə silikon fotonika texnologiyası sahəsində əməkdaşlıq razılaşmasının bir hissəsi olaraq “Marvell Technology” şirkətinə 2 milyard dollar sərmayə yatırdığını açıqlayıb.
Süni intellekt infrastrukturunun qurulmasına töhfə verə biləcək tərəfdaşlara investisiya edən “Nvidia” bildirib ki, öz texnologiya platformasını “Marvell Technology”nin şəbəkə imkanları ilə inteqrasiya edəcək. “Nvidia”nın sürətləndiriciləri daha inkişaf etmiş süni intellekt xidmətləri üçün bir-biri ilə əlaqələndirilir. Hər iki şirkət həmçinin yeni qabaqcıl texnologiyalar üçün telekommunikasiya şəbəkələrinin sürətləndirilməsi istiqamətində də əməkdaşlıq edəcək.
“Nvidia”nın baş icraçı direktoru Censen Huanq açıqlamasında qeyd edib: “Marvell ilə birlikdə biz müştərilərin ‘Nvidia’nın süni intellekt infrastrukturu ekosistemindən faydalanmasını və onu miqyaslandıraraq fərdiləşdirilmiş süni intellekt hesablama sistemləri qurmasını təmin edirik”.
Silikon fotonika məlumat ötürülməsini daha sürətli və enerji baxımından daha səmərəli etməyə kömək edir. Bu sahə “ChatGPT” və “Claude” kimi xidmətlərin təqdim edilməsi zamanı çox böyük enerji sərf edən məlumat mərkəzlərində təkmilləşdirilməsi vacib olan əsas istiqamətlərdən biridir.
“Marvell Technology”nin səhmləri Nyu-Yorkda birja açılmazdan əvvəl aparılan əməliyyatlarda 9 faiz artıb. “Nvidia”nın səhmləri isə 1,4 faiz yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!