EN

31 Mart soyqırımı Azərbaycan xalqının unudulmaz faciəsidir

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 31 mart, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq “Unudulmaz faciə – 31 Mart soyqırımı” mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və 31 Mart soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Mərkəzin baş fond mühafizi Nigar Hüseynova çıxışında Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanının tarixi əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, bu Fərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi elan edilib və hadisəyə ilk dəfə hüquqi-siyasi qiymət verilib.

Tədbirdə Quba Soyqırımı Memorial Kompleksinin mütəxəssisi dosent Sübhan Talıblı, AMEA-nın Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Həsən Səfəri, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının şöbə müdiri Rasim Mirzəyev, Bakı Hərbi Kollecinin və Bakı Qızlar Universitetinin müəllimi Tural Vəlizadə 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Zəngəzur və Qarabağda törədilmiş kütləvi qırğınlar barədə geniş məlumat veriblər. Çıxışlarda Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin dinc əhaliyə qarşı törətdiyi cinayətlər arxiv sənədləri və tarixi dəlillərlə əsaslandırılıb.

Daha sonra “31 Mart – Azərbaycanlıların Soyqırımı Günü” adlı sənədli film nümayiş etdirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
37
azertag.az

1Sources